Bu marşrut xətlərində gecikmələr ola bilər – XƏBƏRDARLIQ

Bu marşrut xətlərində gecikmələr ola bilər – XƏBƏRDARLIQ
10:28 1 May 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Publika.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin alternativ yol qismində Xırdalan dairəsindən istifadə etdiklərini və Bakı-Sumqayıt yolunda müvəqqəti sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq 501, 502, 503, 504, 533, 511, 551, 553 və 567 saylı marşrut xətləri üzrə avtobuslarda gecikmələr müşahidə oluna bilər.

Məhdudlaşmanın 1 may tarixində axşam saatlarınadək davam edəcəyini sərnişinlərimizin anlayışla qarşılamalarını xahiş edirik.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/277314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR