“Facebоok”un dizaynı yenilənib

“Facebоok”un dizaynı yenilənib
10:35 1 May 2019
Ölkə mətbuatı
A- A+

“Facebook” şirkəti və sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq F8 proqram tərtibatçıları konfransında sayt və əlavənin yeni dizaynını təqdim edib. Yeniliklər sosial şəbəkənin xarici görünüşü ilə yanaşı, onun funksionallığına aiddir. Konfransın tezisləri rəsmi “Facebook” saytında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, tərtibatçılar tərəfindən dizayn FB5 adlandırılıb. Ən nəzərəçarpacaq yenilik isə “Facebook”un göy rəngdən imtina etməsidir. Yenilənmiş dizayn mavi detallı işıqlı tonlarda hazırlanıb.

 

Həmçinin səhifədə dərc edildikdən 24 saat sonra ləğv edilən “Tarixçə” bloku genişləndirilib. Quraşdırılmış “Marketplace” alış-veriş bloku səhifənin yuxarı hissəsində, mərkəzdə isə qrup və dostların xəbərləri yerləşəcək.

 

Bundan başqa, qrup bölməsinin dizaynı yenilənib. İstifadəçi üçün onun abunə olduğu bütün qrupların yenilənmələr seçməsi toplanacaq. Həmçinin qruplar üçün tövsiyələrə məsuliyyət daşıyan mexanizmlər təkmilləşdiriləcək.

 

Bundan əlavə, qrupların funksionallığı genişləndiriləcək. Məsələn, iş axtarışı üzrə qruplarda işəgötürənlərə vakansiyalar yerləşdirməyə imkan verən maketlər yaradılacaq.

 

Yenilənmələrin bir qismi yaxın aylarda istifadəçilərin sərəncamına veriləcək, yayda isə yeni tədbirlər bölməsinin nümayişi planlaşdırılır.

 

Şirkətin digər məhsulları (Facebook Messenger, Instagram, WhatsApp) da yenilənəcək. M.Sukerberqin sözlərinə görə, istifadəçilər indi lazımi informasiyanı tapmağı, bir-biri ilə ünsiyyət qurmağı və fotoşəkilləri yerləşdirməyi daha asan edə biləcəklər. Lakin “Facebook”un əsas prioriteti istifadəçilərin məxfiliyidir ki, ona da proqram tərtibatçıları xüsusi diqqət yetirirlər.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60481-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR