Naməlum şəxs qadının...

Bakıda oğurluq edən şəxs axtarılır.

Metbuat.az-a daxil olan məlumata görə, aprelin 30-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 136A, mənzil 185-də yaşayan 1971-ci il təvəllüdlü Zəminə Arif qızı Fərəcova 34-cü PŞ-yə ərizə ilə müraicət edərək bildirib ki, 30.04.2019-cu il tarixdə saat 20:30-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 6 saylı ünvanın qarşısında naməlum şəxs ona yaxınlaşaraq içərisində 130 AZN, 100 ABŞ dolları, 300 rubl, balansında pul olmayan bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi olan əl çantasını və əlində olan özünə məxsus İphone 6 markalı mobil telenonu əlindən alaraq qaçıb, lakin Z.Fərəcova həmin şəxsin ardınca qaçaraq mobil telefonu əlindən alıb.

Faktla bağlı araşdırma Xətai RPİ-nin İŞ tərəfindən araşdırma aparılır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR