Bu yolda əsaslı təmir işləri aparılır

Bu yolda əsaslı təmir işləri aparılır
10:44 1 May 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Uzunluğu 25 km olan Xudat-Nabran avtomobil yolu təmir olunur. Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
 
Məlumata görə, respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 49-74-cü km-lik hissəsini təşkil edən Gəndob-Xaçmaz-Yalama avtomobil yolu 1977-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranıb.
 
Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur. Tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örütüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır.
 
Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 2 layın döşənməsi işləri aparılmaqla 180 min kv.m-dən çox sahəni əhatə edir.
 
Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən 15 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.
 
Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
 
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin may ayının 4-də Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR