“Yuventus”la “İnter” futbolçularını dəyişirlər?

“Yuventus”la “İnter” futbolçularını dəyişirlər?
10:49 1 May 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın “Yuventus” və “İnter” klubları futbolçularını dəyişə bilər.
 
ONA-nın məlumatına görə, Turin təmsilçisi yay “transfer pəncərəsi”ndə əsas hədəf kimi Mauro İkardini heyətinə qatmağa qərar verib.
 
“Yuventus” rəhbərliyi “İnter”dəki durumundan narazı olan, Milan klubundan ayrılmağa can atan argentinalı ilə güclənmək niyyətindədir. İtaliya çempionu 26 yaşlı hücumçuya 5 illik müqavilə təklif etməyə hazırdır. Anlaşmaya əsasən M.İkardi ildə 8,5 milyon avro qazanacaq.
 
“İnter” cənubi amerikalı oyunçusu üçün 70 milyon avro tələb edir. Milanlılar da “Yuventus”un gənc ulduzu Moyze Kini transfer etmək istəyir. 2020-ci ilin yayında azad agent olacaq 19 yaşlı forvardın meneceri ilə danışıqlara start verilib. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR