Türkiyədə 1 may nümayişi keçirilir

Türkiyədə 1 may nümayişi keçirilir
11:44 1 May 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

1 May – Ümumdünya Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik günü bu il Türkiyədə təntənə ilə qeyd olunur.
 
ONA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyənin 26 böyük şəhərində 1 May bayramı keçirilir.
 
1977-ci ildə İstanbulun Taksim meydanında 34 nəfərin ölümü ilə nəticələnən qanlı hadisələrdən sonra hər il Türkiyədə 1 May nümayişində ciddi təhlükəsizlik tədbirləri görülür.
 
Hər il olduğu kimi, bu il də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 1 may münasibətilə təbrik məktubu yayımlanıb. Təbrikdə prezident əmək və alın təri ilə Türkiyənin inkişafında rol oynayan zəhmətkeşlərin həmrəylik bayramını təbrik edir və təxribatlardan uzaq, bayramın anlamına uyğun şəkildə qeyd olunmasını diləyir.
 
Xatırladaq ki, Türkiyədə 1 May bayramı Osmanlı dövləti zamanından - 1911-ci ildən qeyd olunmağa başlayıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR