AMEA alimlər üçün güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi üçün hökumətə müraciət edib

AMEA alimlər üçün güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi üçün hökumətə müraciət edib
11:55 1 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan alimləri Abşeron rayonunun Saray qəsəbəsində tikilən buna üçün ödəniş etməkdə çətinlik çəkirlər. Buna görə Azərbaycan Milli Elmlər Akademiyası hökumətə alimlər üçün güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi üçün müraciət edib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, hələlik alimlər üçün ipoteka kreditinin verilməsi məsələsi öz həllini tapmayıb: "Binanın kvadrat metri cəmi 450 manata təklif edilir. Lakin buna baxmayaraq, bəzi alimlər pulu ödəyə bilmirlər. Ümid edirəm ki, bu müraciətə müsbət yanaşılacaq və alimlər evlərin ödənişini həyata keçirə biləcəklər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3055320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR