Niyazi Səfərov:

"İndiyədək 35 min 800 dən çox sahibkara 2,3 milyard manatadək, müasir texnologiyaların tətbiqi ilə 470 müxtəlif istehsal emal və infrastruktur müəssisələrinə 1,4 milyard manat güzəştli kredit verilib".

Metbuat.az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznes Evi layihəsinin təqdimatı zamanı İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib. Onun sözlərinə görə, bu kreditlər hesabına 166 minə yaxın yeni iş yerinin açılması imkanı yaranıb:

"Sahibkarların maliyyəyə çıxışının təmin edilməsi üçün layihələrin ümumi dəyəri 148 milyon manat olan 233 sahibkara geri qaytarılan vəsaitlər hesabına 2019 cu ilin 4 ayı ərzində 34,3 milyon manat güzəştli kredit verilib. Sahibkarların ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, tikintinin zamanı nəzarətin təskili, tikintisi başa çatmış obyektlərin istismarına icazənin verilməsi sadələşdirilib. 2019 yanvarın birinə dək tikinti quraşdırma işləri başa çatmış və istismar edilmis mənzilləri olan binaların istismarına icarə verilməsinin sadələşdirilmiş qaydası müəyyən edilib".

Nazir müavini qeyd edib ki, ölkədə sahibkarlığın və iqtisadi inkişafin dəstəklənməsi, ozəl investisiylarin təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, startaplarin, micro kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərini yaradılması və inkişafı üçün vergi məcəlləsində mühüm dəyişiklik edilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR