AMEA prezidenti alimlərə güzəştli şərtlərlə mənzil verilməsini təklif edib

AMEA prezidenti alimlərə güzəştli şərtlərlə mənzil verilməsini təklif edib
11:57 1 May 2019
26 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə alimlərə güzəştli şərtlərlə mənzil verilməsini təklif edib.
"Report"un xəbərinə görə, A.Əlizadə AMEA-nın Ümumi yığıncağında deyib ki, "Alimlər şəhərciyi" ("Science City") kooperativ yaşayış kompleksindəki mənzillərin alimlər tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün ipoteka kreditlərinin verilməsi məqsədəuyğun olar.
O, tədbirdə iştirak edən Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə və Baş Nazirin müavini Əli Əhmədova müraciət edib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/amea-prezidenti-alimlere-guzestli-sertlerle-menzil-verilmesini-teklif

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR