"Qəbələ" "Mançester Yunayted", "Monako" və "Benfika" ilə qarşılaşacaq

"Qəbələ" "Mançester Yunayted", "Monako" və "Benfika" ilə qarşılaşacaq
12:07 1 May 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

“Qəbələ” Futbol Akadamiyasının müxtəlif yaş qrupları üzrə komandaları ölkə xaricində 4 fərqli beynəlxalq turnirdə iştirak edəcəklər.
Bu barədə “Report”a akademiyanın direktor müavini Nail Kərimov məlumat verib. Onun sözlərinə görə, “qırmızı-qaralar” əvvəlcə 10 – 12 mayda Fransanın Sen-Nazer şəhərində 17 yaşadək futbolçular arasında təşkil olunacaq “SNAF Mondial Cup”a qatılacaqlar. Əyalət təmsilçisi turnirdə Portuqaliyanın “Benfika”, Fransanın “Monako” və “Anje” kollektivləri ilə birgə A qrupunda mübarizə aparacaq. Ümumilikdə 16 komandanın çıxış edəcəyi yarışda Rusiyanın “Zenit”, Portuqaliyanın “Portu” və Belçikanın “Anderlext” kimi klubları yer alacaq.
11 yaşadək komanda 13 – 17 mayda Polşanın Krakov şəhərindəki “Murapol Cup”a yollanacaq. Turnirdə İngiltərənin “Mançester Yunayted”, Xorvatiyanın paytaxtı Zaqreb və Ukraynanın paytaxtı Kiyevi təmsil edən “Dinamo”lar, eləcə də yerli “Yagelloniya”, “Vidzev”, “Rux” kimi komandalar olmaqla, ümumilikdə 10 kollektiv qüvvəsini sınayacaq.
“Qəbələ”nin U-16 komandası 17 – 19 mayda Slovakiyada “Slovan” klubunun təşkil etdiyi Peter Dubovskinin xatirə turnirinə qatılacaq. Burada 6 komanda 2 qrupda yer alacaq. “Qırmızı-qaralar” meydan sahibləri ilə yanaşı, Serbiyanın “Srvena Zvezda”, Polşanın “Qurnik”, Macarıstanın “MOL Vidi” və Çexiyanın “Slaviya” klubları ilə eyni qrupda olacaq.
Akademiyanın U-14 kollektivi 8 – 9 iyunda İtaliyanın San Vito şəhərində Fabio Zukçerinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək. Yarışa yerli “İnter”, “Cenoa”, “Udineze”, Xorvatiyanın “Hayduk”, Bosniya və Herseqovinan “Zrinski” kimi komandaları qatılacaq. İştirakçıların yekun tərkibi iyunun 1-də bəlli olacaq.
“Qəbələ”nin U-13 və U-15 komandaları isə Gürcüstana üz tuta bilər. Bu səfərin Tbilisi “Dinamo”su ilə əməkdaşlıq çərçivəsinə baş tutması planlaşdırılır. Bu klubların aşağı yaş qrupları üzrə komandaları il ərzində bir dəfə qarşılıqlı səfərlər təşkil edərək, yoldaşlıq oyunları keçirirlər.
Qeyd edək ki, “Qəbələ” klubu xaricə səfərlər zamanı yalnız nəqliyyat xərclərini qarşılayır. Otel, qidalanma və digər xərcləri təşkilatçılar ödəyir. Akademiyanın U-12 komandası bir müddət əvvəl Türkiyədə “İzmir Cup”da çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qebele-mancester-yunayted-monako-ve-benfika-ile-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR