Almaniyada Ramazan çadırlarına çirkin hücum təşkil olundu

Almaniyanın Dortmun şəhərində Ramazan ayı boyunca təşkil olunan “Festi Ramazan” tədbiri üçün qurulan çadırlara irqçi hücum təşkil olunub.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, kimliyi bilinməyən şəxslər çadırlara faşistlərin simvolu olan “qama xaçı” çəkilib. Bu il 8-cisi həyata keçiriləcək festivalın təşkilatçısı Ergün Özkara iki gecə üst-üstə hücuma məruz qaldıqlarını bildirib. Özkara ilk gecə su tanklarının partladıldığını, çadırlara nəcis sürtülərək kirlədildiyini deyib.

Ergün Özkara xəbər verdikləri polisin hadisə yerində araşdırma apardığını, daha sonra Dortmund bələdiyyəsi ilə birlikdə lazımlı tədbirlərin görüldüyünü də açıqlayıb.

Bu güumun festivalın təşkil olunmasına heç bir maneə törətməyəcəyini bildirən Özkara “Türk-alman cəmiyyətinin birliyinə kölgə salmaq istəyən şəxslərin etdiyini düşünürük. Hazırda hər şey nəzarət altındadır. Açılış gününü gözləyirik” sözlərini deyib.


https://metbuat.az/news/1178168/bu-bitki-cayinin.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR