“Heç bir qadın gələcəyini bir adamın vicdanına buraxmamalıdır” - FOTO

“Heç bir qadın gələcəyini bir adamın vicdanına buraxmamalıdır” - FOTO
12:12 1 May 2019
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Lalə Məmmədova həyat yoldaşı Anar Mədətovdan ayrılan eks-prodüser Elnurə Mədətovaya dəstək olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, Elnurə ilə fotosunu İnstaqram-da paylaşaraq bu sözləri yazıb:

"Heç bir qadın gələcəyini bir adamın vicdanına, eşqinə, günün sonunda ağlının qarışmasına buraxmamalıdır. Səni sevirəm, dünyanın ən gözəl qadını, fədakar anası, zəhmətkeş insan, vəfalı dost".

Qeyd edək ki, Elnurə Mədətova və Anar Mədətov qalmaqallı şəkildə ayrılıb. Anar rəsmi boşanma olmamış Samirə adlı xanımla nişanlanıb və evlənməyə hazırlaşır. Cütlüyün oğlu "Qarabağ"ın futbolçusu Mahir Mədətov isə atasının soyadından imtina edərək, bundan sonra Əmrəli soyadı ilə oyunlara qatılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/751206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR