Orxan Məmmədov: "Sahibkarların cəmiyyətimizdə rolu artıb, onlar iqtisadi islahatlar kursunun aktiv dəstəkləyici qüvvəsinə çevrilib"

Orxan Məmmədov: "Sahibkarların cəmiyyətimizdə rolu artıb, onlar iqtisadi islahatlar kursunun aktiv dəstəkləyici qüvvəsinə çevrilib"
12:17 1 May 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

"Bir qədər əvvəl aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən Koordinasiya Qrupunun ilk iclasını keçirdik. Kiçik və orta biznesin inkişafı siyasətinin əlaqələndirilməsi sahəsində operativliyin artırılması habelə, ilk KOB Evinin yaradılması sahəsində qarşıda duran vəzifələr barədə səmərəli müzakirələr aparıldı və təkliflər verildi. Hesab edirəm ki, bu format çərçivəsində birgə əməkdaşlığımız cənab Prezident İlham Əliyevin islahatlar kursunun reallaşmasına öz əhəmiyyətli töhfəsini verəcək". 
"Report" xəbər verir ki, bunu KOB Evinin təqdimatında çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O.Məmmədovun sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün sistemli tədbirlər həyata keçirilib:
"Sahibkarlığın inkişafının hüquqi bazasının yaradılmasından başlayaraq, bu fəaliyyətin dəstəklənməsinin müasir təşkilati modellərinin tətbiqinə kimi həyata keçirilən mühüm tədbirlər nəticəsində əhəmiyyətli nəticələr qazanılıb, özəl sektor ölkənin qeyri-neft sektorunun inkişafında, məşğulluqda, xarici ticarətdə əhəmiyyətli mövqeyə yiyələnib. Sahibkarların cəmiyyətimizdə rolu artıb, onlar iqtisadi islahatlar kursunun aktiv dəstəkləyici qüvvəsinə çevrilib".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sahibkarlarin-cemiyyetimizde-rolu-haqqinda

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR