Stoltenberq Türkiyəyə gedir ki...

Stoltenberq Türkiyəyə gedir ki...
12:27 1 May 2019
44 Dünya
Ölkə mətbuatı
A- A+

NATO Baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Baş katibin Ankaraya səfəri mayın 6-da baş tutacaq.

Bildirilir ki, Ankaraya səfəri çərçivəsində Y.Stoltenberq Türkiyənin yüksək vəzifəli rəsmiləri, eləcə də milli müdafiə naziri Hulusi Akarla görüşəcək.

Türkiyə paytaxtında aparılan danışıqlar zamanı Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması məsələsinin də müzakirə olunacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR