Bu gün axşam Biləcəri enişində hərəkət bərpa olunacaq

Bu gün axşam Biləcəri enişində hərəkət bərpa olunacaq
13:27 1 May 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonu, Biləcəri dairəsi istiqamətində olan yolda bu gün axşam saatlarından hərəkət bərpa ediləcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda ərazidə təmir işləri davam etdirilir: "Biləcəri dairəsi və dairəyə birləşən yollarda təmir-bərpa işləri həyata keçirilir. Bununla əlaqədar olaraq Biləcəri enişindən Biləcəri dairəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hazırda asfaltlanma işləri görülür. Sürücülərdən xahiş olunur ki, alternativ olaraq Yəhya Hüseynov, Rəşid İsmayılov və Asəf Zeynallı küçələrindən istifadə etsinlər".

A.Nəcəfli qeyd edib ki, ərazidə işlər axşam saatlarına qədər davam edəcək: "Ümumilikdə həmin ərazidə Biləcəri dairəsi və dairəyə birləşən küçələrdə Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında işlər həyata keçirilir. Təmir-bərpa işləri dairənin genişləndirilməsi, xüsusi drenajların yaradılması, yolda hərəkətin nizamlanması üçün işıqforların quraşdırılması üçün həyata keçirilir".

Xatırladaq ki, aprelin 30-u gecə saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsində Biləcəri enişində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb, həmin ərazidən hərəkət edən marşrut xətlərinin hərəkət sxemi dəyişdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/751306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR