"Bu sahədə vəziyyəti təkmilləşdirməyə çalışacağıq" - FOTO

"Bu sahədə vəziyyəti təkmilləşdirməyə çalışacağıq" - FOTO
13:28 1 May 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycanda baş tutan “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə, 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq ekspert qrupunun rəhbəri, Böyük Britaniya Koventri Universitetinin professoru Maykl Hardi, BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saad, YUNESKO-nun sosial və humanitar elmlər şöbəsinin rəhbəri Ann-Belinda Preis və başqa rəsmilər iştirak edib.

Mətbuat konfransında Bakıda keçirilən 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verilib.

Böyük Britaniya Koventri Universitetinin professoru Maykl Hardi çıxışında tədbirin rolundan danışıb:

“5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir. Biz I paneldə daha konstruktiv dünyanın qurulması üçün nələr etmək lazım olduğunu müzakirə edəcəyik. Əks halda, dünyamızı müharibələr bürüyəcək. Forumda gənclərdən nələr öyrənə bilməyin yollarından da söhbət açılacaq. Eyni zamanda panellərdə miqrasiya məsələləri də müzakirə ediləcək. Çünki miqrasiya məsələləri gündəmdədir. Biz bu sahədə vəziyyəti təkmilləşdirməyə çalışacağıq. Odur ki, Bakı forumu cəmiyyət üçün önəmlidir".

Qeyd edək ki, forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edəcək. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq.

Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.

Aytən
Foto: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/277340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR