Çingiz “Eurovision”da onlarla səhnəyə çıxacaq

Çingiz “Eurovision”da onlarla səhnəyə çıxacaq
13:42 1 May 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Çingiz Mustafayevi "Eurovision"da 5 bek-vokalçı müşayiət edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar sənətçi ilə birgə "Truth" mahnısını canlı olaraq ifa edəcəklər.

Sözügedən şəxslər Avropada kifayət qədər tanınırlar. Belə ki, Pernille Leeloo bu il Danimarkanın milli seçimləri olan "Dansk Melodi Grand Prix"ə qatılıb. Digər bek-vokalçı Sara Linnea 2012-ci ildə "Melodifestivalen" finalına qədər yüksəlib. Peter Simpson isə "Eurovision 2018"də Avstriya təmsilçisi ilə birgə çalışıb. İfaçı və bəstəkarlar Patrik Jean və Cedrik Hammar  "Truth"u ifa edəcəklər.

"Mən çox xoşbəxtəm ki, bu cür istedadlı və peşəkar insanlar Təl-Əvivdəki çıxışım üçün bizim komandaya qoşulublar. Musiqi prodüserimiz İsa Məlikov və ifaçılıq müəllimi Aleks Panayi, eləcə də "Truth" mahnısının müəllifi Borislav Milanovla birlikdə biz bir çox ifaçılarının profilini nəzərdən keçirdik ki, komandamıza qoşulacaq şəxsləri seçək. Əminik ki, komandamıza öz şəxsi toxunuşlarını gətirəcək və çıxışımızı daha rəngarəng edəcək səsləri seçmişik. İlk məşqimiz çox əla keçib və komandamızda çox gözəl harmoniya var", - Çingiz bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/eurovision/751234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR