Hakimin qarnı ağrıdı, oyunun ortasında tualetə getdi - VİDEO

Hakimin qarnı ağrıdı, oyunun ortasında tualetə getdi - VİDEO
13:47 1 May 2019
104 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Portuqaliya çempionatının XXXI turunda autsayderlərdən sayılan "Şaviş" və "Nasional" komandaları arasında keçirilmiş görüşdə maraqlı hadisə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 56-cı dəqiqədə baş hakim Luiş Qodinyu matçı saxlayıb.

Buna səbəb onun köməkçisi Jorje Kruzun qarnının ağrıması olub. Laynsman hakimlər briqadasının paltardəyişmə otağının açarını alaraq tualetə gedib.

Onun qayıtması təxminən iki dəqiqə çəkib. Yan xətt hakimi meydançaya daxil olarkən klub həkimlərindən birindən qarınağrısı dərmanı almağı da unutmayıb.

Daha bir gülməli hadisə isə baş hakimin köməkçisinə zarafatla qırmızı vərəqə göstərməsi olub.

Qeyd edək ki, bu matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR