Nazir müavini: "Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 70 faizi keçib" - FOTO

Nazir müavini: "Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 70 faizi keçib" - FOTO
13:52 1 May 2019
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 76 faiz təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "KOB evi"nin layihəsinin təqdimatı zamanıdeyib.

O bildirib ki, son bir neçə il ərzində kiçik və orta biznesin inkişafı üçün kompleks işlər aparılır. Sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb, lisenziyaların verilməsi prosesi sadələşdirilib:

"Bu günədək sahibkarlara 7400-dən çox lisenziya verilib. Lisenziyaların verilməsi elektronlaşdırılıb və bu günədək elektron formada 940-dək lisenziya verilib".

N.Səfərovun sözlərinə görə, lisenziyaların alınması üçün rüsumun məbləği Bakıda iki dəfə, rayonlarda dörd dəfə azaldılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/751316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR