Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb

Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb
13:57 1 May 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də Türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/751317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR