MİDA-nın xalis mənfəəti 49% artıb

MİDA-nın xalis mənfəəti 49% artıb
13:57 1 May 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 214,676 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 91,6% çoxdur.
2018-ci ildə MİDA-nın cəmi öhdəlikləri 13,5 dəfə artaraq 432 min manata, cəmi kapitalı isə 91,3% artaraq 214,244 mln. manata çatıb.
Ötən il MİDA-nın ehtiyatlarının satışından gəlirləri 13,829 mln. manat (əvvəlki il olmayıb), ehtiyatlarının maya dəyəri 12,9 mln. manat (əvvəlki il olmayıb), əməliyyat gəlirləri 117 min manat (3,2 dəfə çox), maliyyə gəlirləri 5,946 mln. manat (11,8% çox), ümumi və inzibati xərcləri  4,19 mln. manat (15,9% çox), mənfəət vergisi ödəmələri isə 574 min manat (2,3 dəfə çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 2,229 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 49,3% çoxdur. 
Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 mln. manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/mi-da-nin-xalis-menfeeti-49-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR