AMEA-nın yeni vitse-prezidenti seçildi -

Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev akademiyanın vitse-prezidenti seçilib.

Metbuat.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında gizli səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla, vitse-prezident seçilib.

Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak edib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə hesab edir ki, R.Əliquliyevin yeni təyinatı elmimizin inlişafına töhfə verəcək.

Sabah 32 dərəcə isti olacaq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR