Qax Xalq Teatrında “Məhəbbət bir bəladır” komediyasının premyerası keçirilib -

Ötən gün İsmayıl Dağıstanlı adına Qax Xalq Teatrında Əhməd Orucoğlunun “Məhəbbət bir bəladır” komediyasının premyerası keçirilib. Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində baş tutan tamaşada rayon ictimaiyyəti, mədəniyyət işçiləri və ziyalılar iştirak ediblər.

Metbuat.az xəbər verir ki, tamaşa böyük maraqla qarşılanıb. “Məhəbbət bir bəladır” komediyasının rejissoru Gülşad Paşayevadır. Tamaşada Qax Xalq Teatrının aktyorları Fikrət Ramazanov, Nuriyyə Əlimova, Solmaz Həsənova, Şəmsəddin Quliyev, Xəlil Nəsibov, Hökümə Əhmədli, Aydan Əhmədli, Əli Yunusov və Yusif Qurbanov rol alıblar. Bədii tərtibatçı Fuad Muradov, musiqi tərtibatçısı Elvin Əzimov idi.

Qax Xalq Teatrının tamaşasını izləyən tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov özünün Facebook səhifəsində tamaşa barədə öz təəssüratlarını bölüşüb və qaxlı aktyorların istedadını yüksək qiymətləndirib. Qaxlı aktyorların xüsusi istedada malik olduğunu deyən Əhməd Şahidov Qax Xalq Teatrının təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da uğurlu tamaşalar nümayiş etdirdiklərini bildirib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR