Azərbaycan bu il elektrik enerjisinin hər kVt-nı Türkiyəyə 9 qəpiyə satıb

Azərbaycan bu il elektrik enerjisinin hər kVt-nı Türkiyəyə 9 qəpiyə satıb
15:12 1 May 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə bu ilin yanvar-mart aylarında Azərbaycan, Yunanıstan, Bolqarıstan və Çexiyadan 106 696 000 kVt/saat elektrik enerjisi idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61% azalma deməkdir. 
“Report”un Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, 2018-ci ildə bu rəqəm 273 180 000 kVt/saat olub.
Ötən ilin ilk rübündə rəsmi Ankara elektrik enerjisi idxalı üçün 11 133 696 dollar ödədiyi halda bu il həmin 58% azalaraq 4 681 848 dollara düşüb.
Türkiyənin bu il Azərbaycandan aldığı elektrik enerjisinin miqdarı 8 998 000 kVt/saat olub ki, bu da ötən ilə nisbətən 50 483 000 kVt/saat azalma deməkdir. Bu idxala görə, Türkiyə Azərbaycana 458 872 dollar ödəyib. Bu isə hər kVt elektrik enerjisinin 0,05 dollar yaxud 0,085 manat olması deməkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-turkiyeye-elektrik-enerjisinin-ixracini-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR