Miqrasiya Xidmətində andiçmə mərasimi keçirilib -

Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev muzeyində miqrasiya orqanlarında qulluğa test üsulu ilə qəbul olunmuş gənc əməkdaşların təntənəli andiçmə mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni oxunub. Xidmətin Təlim-Tədris Mərkəzində ilkin peşə hazırlığı istiqaməti üzrə kursu uğurla başa vurmuş əməkdaşlar miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyaya dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəklərinə, miqrasiya qulluqçusunun şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov xidmətə yeni başlayan əməkdaşları təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunan DMX-də yüksək səviyyəli iş şəraiti yaradılıb, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir, şəffaf sistem formalaşdırılıb. Xidmət rəisi gənclərə miqrasiya orqanları əməkdaşı olaraq öz gələcək fəaliyyətlərində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə riayət etməklə dövlətə və xalqa sadaqətlə xidmət etməyi tövsiyə edib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) ötən il dekabrın 23-də miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR