İnzibati xəta törədən sürücülərin avtomobilləri artıq bura gətiriləcək

İnzibati xəta törədən sürücülərin avtomobilləri artıq bura gətiriləcək
15:23 1 May 2019
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti bununla əlaqədar “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”yə dəyişiklik edib.

Əsasnamənin mövcud variantına əsasən, Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin (BNA) mühafizə olunan duracağına gətirilir.

Əsasnaməyə edilən yeni dəyişikliklə isə qeyd edilən nəqliyyat vasitələri BNA-nın ən yaxın mühafizə olunan duracağına gətiriləcək. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/277357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR