Üçmərtəbəli mağaradan tapıldı:

Türkiyənin Şırnakdakı Cudi dağı bölgəsində PKK-ya qarşı əməliyyat keçirilib.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, Cudi dağı bölgəsinə Şırnak Rayon Polis Komandirliyi, Çakırsöğüt Kamanda Tuqay Komandirliyi və xüsusi təyinatlı polis dəstəsi ilə birlikdə təşkil olunan əməliyyat zamanı Tuşimiya vadisi bölgəsində 3 terrorçu təsirsiz hala gətirilib.

Bölgədə aparılan axtarış-araşdırma tədbirləri nəticəsində terror təşkilatının istifadə etdiyi üçmərtəbəli mağara aşkarlanıb.

Mağarada terrorçulara aid 3 ədəd əl istehsalı partlayıcı, partlayıcı top, 2 ədəd Kalaşnikov avtomatı, genarator, qida məhsulları və s. tapılıb.

Xüsusi təyinatlı polis briqadasının ərazidə əməliyyatları davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR