Onlar ən yüksək diqqətə layiqdir - Dövlət qayğısı yüksək qiymətləndirilir

Onlar ən yüksək diqqətə layiqdir - Dövlət qayğısı yüksək qiymətləndirilir
15:49 1 May 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək. Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. 
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda belə deyib:

“Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobili veriləcək. Bu günə qədər 6200 avtomobil verilib. Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik”.

Ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını deyən ölkə başçısı “Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik. Qeyd etdiyim rəqəmlər bunun əyani sübutudur”-deyə vurğulayıb.

Prezident İlham Əliyevin qeyd olunan sahədə apardığı davamlı siyasət ölkə ictimaiyyəti tərəfindən yüksək şəkildə qiymətləndirilir.

 

Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, “Aprel-2016 şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri Sevinc Orucova Lent.az-a açıqlamasında bu ilin Azərbaycanda sosial layihələrin başlanğıcı ili olduğunu açıqlayıb: “İndiyə qədər də bu cür layihələr var idi.

 

Amma bu il onların sayı daha çox oldu, yanaşmada fərqlilik hiss etdik. Bunun da nəticəsidir ki, artıq ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına, qazilərinə verilən dəstəyin gücü, önəmi də artıb. Əvvələr bizim statusla bağlı fəaliyyət göstərən nazirliklərə  müraciət etmək şansımız yox idi. Amma hazırda biz onlarla müştərək işlər görür, problemlərimizi olduğu kimi çatdıra bilirik. Mən inanıram ki, bu il Azərbaycanda Prezidentin əsasını qoyduğu sosial siyasət öz hədəfinə çatacaq və Azərbaycan uğrunda, vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların ailələri-şəhidlərimizin əmanətləri bu diqqətdən səmərəli şəkildə yararlana biləcəklər və dövlətin qayğısını hər zaman yaxından his edəcəklər. Etiraf edək ki, hazırda yaşayış vəziyyəti-ev şəraiti  çətin olan  şəhid ailələri hələ də çoxdur. Hansi ki, həmin ailələr ən yüksək qayğıya layiqdir. QHT olaraq biz də  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə çalışırıq ki, dəstəyə ən çox ehtiyacı olan ailələri üzə çıxaraq. Onların evlə təmin olunmasına üstünlük verilsin. Hələ də illərlə növbədə gözləyənlər var. Ümüd edirəm ki, prezidentin bu cür yanaşması nəticəsində bu il onların sayı azalacaq”.

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli Lent.az-a bildirb ki, prezidentin bu sahədə apardığı davamlı prosesdir: “Qarabağ əlillərinə, şəhid ailələrinə mənzillərin, avtomobillərin verilməsi siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Bu proses bu gün də davam edir. Onlara prezident təqaüdü verilir, avtomobillər verirlir, mənzilə təmin olunurlar. Həmçinin, övladlarının təhsil haqqından azaddırlar. Sevindirici haldır ki, bu il müharibə veteranlarına da Prezident təqaüdü təsis edildi. Yəni bu proses sistemli hal alıb”.

 

Azərbaycanın  sosial dövlət olduğunu xatırladan E.Həsənli ölkədə  müxtəlif kateqoriyadan olan əhaliyə mənzillərin verildiyini diqqətə çatdırıb. Və bu halın vətənpərvərliyə böyük təsir etdiyini deyib:

 

“Xalq görür ki, Vətən uğrunda döyüşənə dövlət nə qədər yüksək dəstək verir. Bu bizim həmin insanlara mənəvi borcumuzdur. Şəhid  ailələlərinə və bu qəbildən olan insanlara nə qədər qayğı göstərilsə,  yenə azdır. Çünki onlar həyatlarını vətən uğrunda veriblər”.

E.Həsənli qaçqın və əlillərə, şəhid ailələrinə diqqət göstərilməsi sahəsində Azərbaycanın dünyada nümunəvi dövlət olduğunu vurğulayıb:

“Eyni zamanda, Əfqanıstan müharibəsinin, Çernobıl hadisəsinin iştirakçılarına, 20 Yanvar hadisəsinin iştirakçılarına da yüksək diqqət göstərilir. Bu gün şəhid ailələri dövlətin apardığı siyasəti dəstəkləyirlər. Şəhid ailələrinə 11 min manatlıq konpensasiya ödənildi. Bu istiqamətdə  proseslər davam edir və işlər ardıcıl olaraq aparılır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR