"Şərçilərə tənqidləri üçün pul ödəyirlər"

"Şərçilərə tənqidləri üçün pul ödəyirlər"
17:05 1 May 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in fransız yarımmüdafiəçisi Pol Poqba onu tənqid edən televiziya şərhçiləri ilə bağlı danışıb.

Milli.Az xəbər verir ki, 26 yaşlı futbolçu idman proqramlarında onu tənqid edənlərlə bağlı açıqlama verib.

Fransa millisinin üzvü "Futbol şərçilərinin tənqidləri vecimə deyil. Bu tip sözləri kamera arxasında söyləmələri üçün onlara pul ödənir. Bunun fərqindəyəm. Mən, sadəcə, meydanda işimi görürəm" sözlərini dilə gətirib.

Sözlərinin davamı olaraq ona oynaması üçün pul verdiklərini deyən futbolçu "İstədiklərini deyirlər və pul qazanırlar. Mənə isə danışmağım üçün deyil, oynamaq üçün pul ödənilir. Bundan sonra da geyindiyim forma üçün mübarizə aparacağam" cümlələrini də çıxışına əlavə edib.

Qeyd edək ki, Poqba cari mövsümdə "Yunayted" forması ilə çıxdığı 45 oyunda 16 qol və 11 asistlik performansla yadda qalıb.

Əliş Abdulla
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR