“Azərbaycan Sənaye Korporasiyası”na məxsus daşınmaz əmlakların vahid uçot sistemi yaradılır

“Azərbaycan Sənaye Korporasiyası”na məxsus daşınmaz əmlakların vahid uçot sistemi yaradılır
17:07 1 May 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) ona məxsus daşınmaz əmlakların vahid uçot sisteminin yaradılması üçün “Coğrafi informasiya sistemləri”nin tətbiqinə hazırlaşır.
“Report” bu barədə korpirasiyaya istinadən xəbər verir.
Məlumata görə, sözügedən sistemin tətbiqi ASK-ya 18 290 manata başa gələcək. Bu məbləğ “Sürət Texnologiya” MMC-yə ödəniləcək. 
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/azerbaycan-senaye-korporasiyasi-na-mexsus-dasinmaz-emlaklarin-vahid-ucot-sistemi-yaradilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR