Elçin növbəti dəfə Avropa çempionu oldu

Elçin növbəti dəfə Avropa çempionu oldu
17:12 1 May 2019
76 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskva şəhərində Uşu-Sanda üzrə növbəti Avropa Çempionatı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, çempionatın ilk günlərində Azərbaycan idmançısı rəqiblərini məğlub edərək Avropa çempionu olub.

60 kiloqram çəki dərəcəsində yarışa qatılan Azərbaycan idmançısı Elçin Eminov Rusiya və Serbiya idmançılarını məğlub edərək finala yüksəlib.

Azərbaycanlı dman ustası finalda Gürcüstan idmançısını məğlub edərək 4-cü dəfə Avropa çempionu olub.

Yarışda digər çəki dərəcəsində Azərbaycan idmançıları uğur qazanıb. Komandamızın üzvləri - yeniyetmələr arasında 60 kiloqram çəki dərəcəsində Fətəli İsmayılov 2-ci yer, gənclər arasinda 48 kiloqram çəki dərəcəsində Seymur Həmidov 2-ci yer, 90 kiloqram çəki dərəcəsində Hüseyn Simiyev 2-ci yer, böyüklər arasında Vüsal Səfərov 3-cü yer, gənclər arasında 52 kiloqram çəki dərəcəsində isə Nicat Muradov 3-cü yerin qalibləri olublar.

Xatırladaq ki, növbəti dəfə Avropa çempionu olan idmançımız Elçin Eminov bu yarışa qədər 3 qat Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc medalının qalibi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR