Azərbaycan millisinin qapıçısı Qazaxıstanda qələbəni son anda əldən verib

Azərbaycan millisinin qapıçısı Qazaxıstanda qələbəni son anda əldən verib
17:12 1 May 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan çempionatında növbəti oyununu keçirib.
“Report” xəbər verir ki, “Tobol”un formasını geyinən 25 yaşlı qolkiper VIII tur çərçivəsində “Ordabası” ilə ev matçında start heyətində yer alıb və sona qədər meydanda olub. Qarşılamada hesabı meydan sahibləri 78-ci dəqiqədə Azat Nurqaliyevin qolu ilə açsalar da, 90+4-cü dəqiqədə rəqibin heyətində Toktar Canqılışıbay fərqlənib – 1:1.
Qeyd edək ki, bu heç-heçədən sonra xalını 17-ə çatdıra “Tobol” 17 xalla ikinci sıradadır. Kostanay təmsilçisi lider “Astana”dan 8 xal geri qalsa da, bir oyun az keçirdib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/emil-balayev-qazaxistanda-qelebeni-elden-verdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR