Hindistanda niqabı qadağan etmək təklif olunur

Hindistanda niqabı qadağan etmək təklif olunur
17:17 1 May 2019
44 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın millətçi "Şiv Sena" partiyası ölkə ərazisində niqab və burkaların qadağan olunmasını təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partiya nümayəndələri bu təkliflə baş nazir Narendra Modiyə müraciət ediblər.

Qeyd olunur ki, partiya Şri Lankanın nümunəsindən istifadə etməyə çağırıb. Belə ki, Şri Lanka hökuməti bir neçə gün əvvəl ölkə ərazisində üzü örtən geyimləri qadağan edib.

Xatrıladaq ki, aprelin 21-də Şri Lankada silsilə partlaylşlar törədilib, hadisələr nəticəsində 300-dən çox şəxs həlak olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR