Azərbaycanda nə qədər sahibkarlıq subyekti var?

Azərbaycanda nə qədər sahibkarlıq subyekti var?
17:22 1 May 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 130 mindən çox sahibkarlıq subyekti var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznes Evlərinə həsr olunmuş tədbir zamanı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev deyib.

O bildirib ki, bunlardan 80 faizə yaxını kiçik və orta sahibkarlıq subyektləridir.

M.Musayevin sözlərinə görə, sahibkarları narahat edən əsas məsələ maliyyə ehtiyatlarına çıxışdır. O qeyd edib ki, ölkədə fondların və bank olmayan kredit təşkilatlarının fəaliyyətini genişləndirmək lazımdır.

Konfederasiya rəhbəri əlavə edib ki, 15 il ərzində 31 min sahibkara 309 milyon manat güzəştli kredit verilib və bu, ölkənin demək olar ki, bütün regionlarını əhatə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/751392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR