Bakıda 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

Bakıda 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib
17:27 1 May 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi (BNA) Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.
Bu barədə “Report”a BNA-dan bildirilib.
Məlumata görə, 216 nömrəli müntəzəm marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilib. Mayın 2-dən etibarən 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Balaxanı Sənaye Parkına qədər hərəkət edəcəklər. Bununla da Park istiqamətində yaşayan sakinlərin və həmin ərazidə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi təmin ediləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-216-nomreli-muntezem-marsrut-xetti-uzre-avtobuslarin-hereket-sxemi-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR