Daha bir marşrutun hərəkət sxemində dəyişiklik edildi

Daha bir marşrutun hərəkət sxemində dəyişiklik edildi
17:29 1 May 2019
29 Digər
Ölkə mətbuatı
A- A+

Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
 
Verilən xəbərə görə, 216 nömrəli müntəzəm marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilib.
 
Mayın 2-dən etibarən 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Balaxanı Sənaye Parkınadək hərəkət edəcəklər. Bununla da Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin və həmin ərazidə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi təmin ediləcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR