"Qəbələ" Azərbaycan Kubokunda 4-cü dəfə finala vəsiqə qazanıb

"Qəbələ" Azərbaycan Kubokunda 4-cü dəfə finala vəsiqə qazanıb
18:57 1 May 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
"Report" xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Qarabağ" "Qəbələ"ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qolu 37-ci dəqiqədə "Qarabağ"ın ispaniyalı oyunçusu Miçel Madeyra vurub. Birinci hissə bu hesabla da başa çatıb. 58-ci dəqiqədə isə digər ispaniyalı futbolçu Dani Kintana fərqlənib. "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov ikinci hissənin sonlarına yaxın baş hakim İnqilab Məmmədova etiraz etdiyi üçün texniki zonadan uzaqlaşdırılıb. 81-ci dəqiqədə isə qonaqların legioneri Davit Volkov hesab arasındakı fərqi azaldıb.
İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən "Qəbələ" səfərdə vurduğu qolun üstünlüyü ilə 4-cü dəfə ölkə kubokunda finala vəsiqə qazanıb.
Əyalət təmsilçisi həlledici matçda "Zirə" - "Sumqayıt" cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş saat 20:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-azerbaycan-kubokunda-4-cu-defe-finala-vesiqe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR