Mingəçevirdə satışa çıxarılan yararsız ət aşkarlanıb

Mingəçevirdə satışa çıxarılan yararsız ət aşkarlanıb
19:22 1 May 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə ət kəsimi məntəqəsində yararsız mal əti aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində keçirdiyi tədbir nəticəsində şəhərdəki mərkəzi bazarda ət kəsimi məntəqələrinin birindən sümükdən ayrılmış, natəmiz vəziyyətdə və istifadəyə yararsız olan 50 kiloqram mal əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3055662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR