"Qəbələ" finalda

"Qəbələ" finalda
19:33 1 May 2019
81 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, artıq ilk finalçı müəyyənləşib.

Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Ağdam klubu ilk görüşdə 0:1 hesabı ilə uduzduğu rəqibini 2:1 məğlub edib. Səfər qolu sayəsində finala "Qəbələ" yüksəlib.

Mərhələnin son oyunu da Bakıda keçiriləcək. “Zirə” evdə “Sumqayıt”ı qəbul edəcək. Çempionatda vəziyyətləri yaxşı olmayan hər iki komanda avrokuboklar üçün son şansdan yararlanmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal

1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ” - 2:1
Qol: Miçel, 36 (1:0), Kintana, 58 (2:0), David Volkov, 81 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1

20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/277393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR