"Qəbələ"nin prezidenti: "Klubun taleyi ilə bağlı tezliklə açıqlama veriləcək"

"Qəbələ"nin prezidenti: "Klubun taleyi ilə bağlı tezliklə açıqlama veriləcək"
19:37 1 May 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

"Oyunun ağır keçəcəyini gözləyirdik. Belə də oldu".
"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin prezidenti Fariz Nəcəfov səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. 
Klubun yeni rəhbəri səfər qolu sayəsində finala adlayan kollektivi təbrik edib. 
O, əvvəllər 3 dəfə həlledici qarşılaşmayadək irəliləmələrinə rəğmən son nöqtəni qoya bilmədiklərini xatırladıb. 
Nəcəfov mayın 19-da Naxçıvanda keçiriləcək final matçında daha yaxşı oyun sərgiləyərək, qələbə qazanacaqlarına ümid etdiyini söyləyib. 
"Qəbələ" rəsmisi komandaya hər zaman sonadək inandığını vurğulayıb: "Bu gün 0:2 hesabı ilə geridə olduğumuz vaxt da qol vuracağımıza inanırdım. Ümumiyyətlə, udsaq da, uduzsaq da, komandamıza inamım böyük olub. İnanmasaydım, işimi davam etdirməyin mənası olmazdı. Finalda bizə kimin rəqib olmasının isə fərqi yoxdur". 
"Artıq qərar verilib. Finalın Naxçıvanda keçirilməsi ilə bağlı nə isə danışsam, yanlış olar" deyən Nəcəfovun sözlərinə görə, klubların bu barədə fikirləri əvvəlcədən soruşulmayıb: "Görüşün harada keçirilməsindən asılı olmayaraq, gərək maksimum hazırlıqlı olaq". 
"Qəbələ"nin prezidenti gələn mövsüm klubun büdcəsinin azaldılacağına dair iddialara isə belə reaksiya verib: "Bu barədə hələ heç nə danışa bilmirəm. Çünki kubok və ya çempionatdakı nəticəmizin qərarımıza təsiri yəqin ki, olmayacaq. Əvvəlcədən planlaşdırdığımız qaydada davam edirik. Klubun gələcək taleyi ilə bağlı isə yaxın günlərdə açıqlama veriləcək". 
Qeyd edək ki, "Qəbələ" "Qarabağ"ı ilk yarımfinal matçında 1:0 hesablı məğlubiyyətə uğradıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-prezidenti-klubun-taleyi-ile-bagli-tezlikle-aciqlama-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR