Gürcüstanda hökumət binası qarşısında etiraz aksiyası keçirilib

Gürcüstanda hökumət binası qarşısında etiraz aksiyası keçirilib
19:42 1 May 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında həmkarlar ittifaqlarının etiraz aksiyası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, 1 May - Beynəlxalq Zəhmətkeşlər Gününə həsr olunmuş aksiyada iştirakçılar təhlükəsiz iş şəraiti və əməyin layiqli qiymətləndirilməsini tələb ediblər.
Gürcüstanın Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili bildirib ki, ölkədə 25 min insanın maaşı 100 laridən azdır. O, hökuməti insanlara yönəlmiş siyasət həyata keçirməyə çağırıb.
Aksiya iştirakçıları Baş nazir Mamuka Baxtadzeni sosial müqavilə imzalamağa çağırıblar. Sənəddə sosial bərabərsizliklə bağlı ölkədə mövcud problemlər əks olunub.
Etirazçıların əsas tələblərindən biri də əməyin təftişinin gücləndirilməsi ilə bağlı olub.







Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-hokumet-binasi-qarsisinda-etiraz-aksiyasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR