"Məğlub olmağı da bacarmaq lazımdır" -

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda evdə “Qəbələ” üzərinda 2:1 hesablı qələbə qazanan, lakin səfərdəki 0:1-lik məğlubiyyətə görə, finala çıxa bilməyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə matç haqqında danışıb.

- Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, kubok oyunları çempionatdan fərqlənir. Düşünürəm ki, futbolçularım yaxşı oynadılar. Bir epizodda diqqətsizliyə yol verdik və qapımızda qol gördük.

Futbolçulara matçdan dərhal sonra heç bir etiraz etmədiniz?

- Xeyr. Uşaqlar qalib gəlmək üçün çalışdılar. Məğlub olmağı da bacarmaq lazımdır. Futbolçularımın yanındayam.

- Fasiləyədək “Qəbələ”nin bir neçə fərqlənmək epizodu oldu. İkinci hissədə yenə də qol vurduqdan sonra qapınız qarşısında qol epizodları yarandı. Bu, futbolçularınızın arxayınlığından irəli gəlmirdi?

- Qətiyyən. Sadəcə, qapısında qol gördükdən sonra istənilən rəqib daha əzmlə, istəklə irəli atılır. Oyuna nəzarət edirdik. Ancaq bir səhv və yekunda finaldan kənarda qaldıq./Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR