"Çelsi"nin futbolçusu üçün mövsüm erkən bitdi - FOTO

"Çelsi"nin futbolçusu üçün mövsüm erkən bitdi - FOTO
19:47 1 May 2019
114 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının yarımfinal mərhələsində mübarizə aparan, İngiltərə Premyer Liqasında ilk 4-lük üçün yarışan "Çelsi" ciddi itkiylə üzləşib.

Milli.Az xəbər verir ki, London klubunun müdafiəçisi Antonio Rüdiqer uzun müddətə sıradan çıxıb. Premyer Liqanın 36-cı turunda "Mançester Yunayted"lə səfər matçında (1:1) zədələnən futbolçu mövsümü başa vurub. Almaniya millisinin üzvü menisk yırtığından əməliyyat olunub.

26 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 33 oyuna 1 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR