Şimal dənizində neft platformasında yanğın baş verib

Şimal dənizində neft platformasında yanğın baş verib
20:02 1 May 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Şimal dənizində Norveçin “Equinor” neft-qaz şirkətinin işlətdiyi “Snorre B” neft hasilatı platformasında yanğın baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, Norveçin cənub xilasetmə xidmətlərinin əlaqələndirmə mərkəzindən verilən məlumata görə, platformadan alov və tüstü çıxmağa başlayanda işlər dayandırılıb: “Görünür, vəziyyəti nəzarətə almaq mümkün olur”.
“Reuters” “Equinor” şirkətinin nümayəndəsinə istinadən xəbər verir ki, yanğın başlayan vaxt platformada iş olmayıb, hələ mart ayında təmir üçün hasilat dayandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/simal-denizinde-neft-platformasinda-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR