Kasilyas infarkt keçirdi

Kasilyas infarkt keçirdi
20:05 1 May 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın "Portu" futbol klubunun qapıçısı, məşhur futbolçu İker Kasilyas xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 37 yaşlı idmançı ürəktutması diaqnozu il xəstəxanaya yerləşdirilib.

Hazırda onun sağlamlığı üçün təhlükə olmadığı bildirilir. Lakin bununla belə futbolçunun hazırkı mövsümdə artıq yarışlara çıxmayacağı da qeyd edilib.

Qeyd edək ki, martda məşhur futbolçunun "Portu" klubu ilə müqaviləsi daha 1 il müddətinə uzadılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR