Valverde iddialı danışdı - "Final oynayan tərəf biz olacağıq"

Valverde iddialı danışdı - "Final oynayan tərəf biz olacağıq"
20:12 1 May 2019
85 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Liverpul"u qəbul edəcək "Barselona"nın baş məşqçisi Ernesto Valverde fikirlərini bölüşüb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis finala yüksələn tərəf olacaqlarından əmin olduğunu deyib: "Hansı komandanın finala uyğun olduğunu deyə bilmərəm. Ancaq Madriddə keçiriləcək həlledici matçda meydana çıxan tərəf biz olacağıq". 

Valverde "Liverpul"u güclü komanda adlandırıb: "Rəqibimiz Premyer Liqada cəmi bir dəfə uduzub. Bunu etmək çox çətindir. "Liverpul"un güclü futbolçuları var, hücum xətti isə yüksək səviyyədədir. Yurgen Klopp "Borussiya"da etdiklərini "Liverpul"da da tətbiq edir".

Valverde Kloppun İngiltərə mediasına açıqlamasında "Nou Kamp" futbol məbədi deyil" sözlərinə belə cavab verib: "Son ev oyunlarımızda 90 mindən çox azarkeş olub və matçın nəticəsinə onlar təsir edib. Kloppun bu sözlərinə reaksiya verəcəklər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR