Britaniya Avropa İttifaqını oktyabrın 31-dən daha tez tərk edə bilər -

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqını oktyabrın 31-dən daha tez tərk edə biləcəyini söyləyib.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, əgər deputatlar Avropa İttifaqı ilə əldə olunan sazişi dəstəkləsələr ayrılma daha tez həyata keçər. Baş nazir deputatları İngiltərənin ən qısa müddətdə Avropa İttifaqının xaricində qalması üçün müqaviləni dəstəkləməyə çağırıb.

Xanım Mey, həmçinin müqaviləyə Leyboristlər partiyasının da dəstək verəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Tereza Meyin Avropa İttifaqı ilə imzaladığı müqavilə 3 dəfə parlament tərəfindən qəbul olunmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR