Bakıda bu sahələrdə çalışanların əməkhaqqı daha yüksək olub

Bakıda bu sahələrdə çalışanların əməkhaqqı daha yüksək olub
22:05 1 May 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yanvar-fevral aylarında Bakıda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6,5 faiz artaraq 794,1 manat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/751423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR