"Sumqayıt" tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb

"Sumqayıt" tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb
22:17 1 May 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Kubokunda digər finalçı müəyyənləşib.
"Report" xəbər verir ki, Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə "Zirə" arasında keçirilmiş ilk oyunda hesab açılmasa da, cavab matçında 6 qol vurulub.
İlk hissədə "Sumqayıt"ın heyətində Peyman Babayi het-trik edib. Cənubi azərbaycanlı forvard 19-cu, 27-ci və 45-ci dəqiqələrdə fərqlənib. "Zirə" isə ikinci yarıya qolla başlayıb. Meydan sahiblərinin heyətində 47-ci dəqiqədə Pərdis Fərcad-Azad rəqib qapısına yol tapıb. Qarşılaşmanın 84-cü dəqiqəsində Xulio Sezar Rodriqes fərqi minimuma endirib. Oyunda son nöqtəni isə 90+5-ci dəqiqədə Şafik Tiqruca qoyub - 3:3.
Beləliklə, "Sumqayıt" səfər qolları sayəsində tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Mayın 19-da Naxçıvanda keçiriləcək həlledici qarşılaşmada rəqib "Qəbələ" olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-azerbaycan-kubokunun-finalina-vesiqe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR