İspaniya ərazisində neft-qaz kəşfiyyatı və hasilatı sıfıra endirilib

İspaniya ərazisində neft-qaz kəşfiyyatı və hasilatı sıfıra endirilib
22:42 1 May 2019
84 Dünya
Ölkə mətbuatı
A- A+

Təxminən son beş ildə heç bir milli və ya beynəlxalq şirkət İspaniya hökumətinə ölkə ərazisində və ona bitişik sularda neft-qaz hasilatı üçün icazə almaq məqsədilə müraciət etməyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son cəhdə 2015-ci ilin əvvəlində Burqosda perspektivli təbii qaz yatağını aşkar edən "BNK" şirkətindən kanadalılar təşəbbüs göstərmişdilər. Lakin Amerika Birləşmiş Ştatları qaz hasilatında liderlik mövqeyini özünə qaytardıqdan sonra İspaniya qazı daha heç kim üçün maraq kəsb etmədi.

Hazırda İspaniyada qazıntı şəklində iki yanacaq yatağı var: Asturiyada və Araqonda. Hər iki halda onlar konservləşdirilmiş halda qalır ki, bunun da tutarlı səbəbləri var. Hasilatın maya dəyərinin yüksək və prosesin baha olması səbəbindən Asturiyada işləri aparmaq sərfəli deyil. Araqonda "Helios Aragón Exploration" şirkəti hidravlik parçalama üsulu ilə nəticələnən "frekinq" texnikasının tətbiqinə qoyulan qadağa səbəbindən istehsalı təşkil edə bilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR